28 dekabr 2025 22:36
79

Trampla Zelenski arasında görüş başlayıb

Bu dəqiqələrdə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

“İki sahil” xəbər verir ki, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında təşkil olunub. Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirə mövzusu olacaq. Tərəflərin görüşdən sonra Avropa liderlərinə zəng etməsi də nəzərdə tutulub. Görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Bu, Zelenskinin Trampla görüşmək üçün ABŞ-a beşinci səfəridir.