“Hizbullah” İsrail qoşunları Livan ərazisindən çıxana qədər öz bölmələrinin tərksilah edilməsini müzakirə etməkdən imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın baş katibi Naim Qasım 28 dekabrda tərəfdarlarına müraciətində bildirib.
"Hökumətin silah üzərində dövlət inhisarına nail olmaq istəyi hazırda Livanda müqavimət qüvvələrinin mövcudluğuna son qoymaq istəyən ABŞ və İsrailin maraqlarına xidmət edir. Buna görə də, təcavüz davam edərkən və bir neçə cənub rayonu işğal altında qalarkən döyüşçülərimizi tərksilah etməyə məcbur etmək niyyətində deyilik. Biz belə bir addımı məntiqsiz hesab edirik ", - o deyib.