29 dekabr 2025 00:06
86

Suriyada yeni əskinaslar dövriyyəyə buraxılır

Suriya Mərkəzi Bankının sədri Əbdülqadir Hüsri yeni əskinasların tədavülə buraxılması ilə bağlı paytaxt Dəməşqdəki Mərkəzi Bank binasında mətbuat konfransı keçirib.

“İki sahil” xəbər verir ki, Hüsri yeni əskinasların tətbiqinin sadəcə bir formallıq deyil, milli qurumlara etimadı gücləndirməyə və davamlı iqtisadi sabitliyə nail olmağa yönəlmiş hərtərəfli strategiyanın fundamental mərhələsi olduğunu deyib. "Dəyişikliyin bir hissəsi olaraq, iki sıfır çıxarılacaq və 100 Suriya lirəsi 1 yeni Suriya lirəsi hesab ediləcək. Köhnə və yeni əskinaslar 90 gün ərzində birlikdə dövriyyədə olacaq. Lazım gələrsə, bu müddət uzadıla bilər. Mübadilə əməliyyatları pulsuz olacaq; heç bir komissiya, rüsum və ya vergi tutulmayacaq", - o deyib.