18 dekabr 2025 10:07
112

Seulda 7 nəfər dağıntı altında qalıb

Cənubi Koreyanın paytaxtı Seulda metro stansiyasında tikinti sahəsinin çökməsi nəticəsində azı 7 nəfər dağıntı altında qalıb.

"İki sahil" Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hadisə paytaxt metrosunun 5-ci və 9-cu xətlərinin üzərindəki Yeouido stansiyasında baş verib.

Hazırda hadisə yerində xilasedicilər əməliyyat aparır.