18 dekabr 2025 09:16
104

ABŞ Senatı müdafiə üzrə 901 milyard dollarlıq qanun layihəsini təsdiqləyib

ABŞ Senatı müdafiə üzrə 901 milyard dollarlıq qanun layihəsini təsdiqləyib. “İki sahil” xəbər verir ki, hərbçilərin əməkhaqqını 3,8 faiz artırmağı nəzərdə tutan Milli Müdafiə Qanunu Konqresdən iki partiyanın da dəstəyini qazanıb. Layihə Senatda 77 faiz səs çoxluğu ilə qəbul edilib. Yekun təsdiq üçün layihə ABŞ Prezidenti tərəfindən imzalanmalıdır. Ağ Ev bildirib ki, layihə Prezident Donald Trampın milli təhlükəsizlik prioritetlərinə uyğundur.