18 dekabr 2025 14:47
131

Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan neft məhsullarının ilk partiyasının Ermənistana göndərilməsini alqışlayıb.

“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, bunu baş nazir bu gün brifinqdə deyib.

"Bilirəm ki, Azərbaycanda istehsal olunan neft məhsullarının yükləndiyi ilk qatar artıq Ermənistana doğru hərəkət edir. Bu inkişafı alqışlayıram", - o bildirib.

Baş nazirin sözlərinə görə, ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şərait Bakı və İrəvan arasında sülhün bərqərar olması sayəsində yaranıb.

"Siyasi səviyyədə də razılaşmalar var idi. İlk sövdələşmə artıq reallıqdır", - N.Paşinyan əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycan neft məhsullarının ilk partiyası Biləcəri stansiyasından Ermənistana yola salınıb.