17 dekabr 2025 13:32
244

Yerin 150 metr dərinliyində yerləşən ŞƏFA OCAĞI

Türkiyənin Çankırı bölgəsində “Yeraltı Duz Şəhəri” kimi tanınan duz mağarası hər il minlərlə ziyarətçini qəbul edir. Şəhər mərkəzindən təxminən 20 kilometr aralıda yerləşən və 18.000 kvadratmetr ərazini əhatə edən mağara, astma və KOAH xəstələrinin ümid yeridir. Həyata keçirilən layihə çərçivəsində müxtəlif vilayətlərdən astma və KOAH xəstələri Çankırıya axışaraq hər gün 4-6 saat mağarada duzlu havada müalicə alırlar. Mağarada müxtəlif proseduralarda iştirak edən xəstələrin qanlarında oksigen səviyyələrində əhəmiyyətli artım qeydə alınır. Mağarada müalicə alan xəstələr orada keçirdikləri günlər ərzində özlərini daha sağlam hiss etdiklərini ifadə edirlər.

“Gəzdiyim zaman nəfəsimin daha sürətli və daha güclü olduğunu hiss etdim.” – deyən Bünyamin Erkaya bu mağara sayəsində rahat nəfəs ala bildiyini vurğulayıb. “Qardaşımla Ərzurumdan gəlirəm. O, KOAH xəstəsidir. Məndə isə bu xəstəlik başlanğıc mərhələdədir. Duz mağarasının və xəstəxananın faydaları haqqında eşidib buraya gəldik. Burada olduğum hər gün özümü daha sağlam hiss edirəm” – o, qeyd edib.

“Daha asan nəfəs almağa başlamışam”

Səhhətində ciddi narahatlığın olduğunu bildirən Yaşar Yavuz isə Çankırıya Safranboludan gəldiyini, KOAH xəstəsi olduğunu deyib: “Şəhərdəki duz mağarası mənə çox yaxşı təsir etdi. Bura gəlməzdən əvvəl oksigen səviyyəm 51 idisə, indi 95-ə yüksəlib. Daha rahat nəfəs almağa başlamışam”.

“Bu yer sizə dinclik verir, nəfəsimizi təzələyir”

Mağarada rahat nəfəs aldığını ifadə edən Zeliha Tekercioğlu, buraya Ankaradan gəldiyini qeyd edib: “Buranın şəfa qaynağı olduğunu  öyrəndik. Bu yer adama dinclik verir, nəfəsinizi təzələyir. Gözəl yerdir”.

Ankaradan mağaraya gəzmək üçün gəldiyini və çox bəyəndiyini deyən Sevda Yılmaz bu məkanın çox gözəl, valehedici və maraqlıdı olduğunu deyib.

Vüsal Cahanov, “İki sahil”