ABŞ Senatının Nümayəndələr Palatası Venesuelaya qarşı hərbi əməliyyatlarla bağlı qətnaməni rədd edib.
Bu barədə "İki sahil" xarici mətbuata istinadən xəbər verir.
Qətnaməni 211 konqresmen dəstəkləyib, 213 qanunverici isə əleyhinə səs verib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin dörd hərbi təyyarəsi mümkün hərbi münaqişə barədə xəbərlər fonunda Venesuela sahillərinin səmasına qaldırılıb. "Flightradar24" uçuşları izləmə xidmətinin məlumatlarına görə, söhbət "F/A-18E/F Super Hornet" qırıcısından, iki ədəd "Boeing EA-18g Growler" radioelektron döyüş təyyarəsindən və "E-2D Advanced Hawkeye" uzaq mənzilli radiolakasiya taktiki təyyarəsindən gedir.