Mayor Tomas Şorland Boll Böyük Britaniyanın Ermənistanda rezident müdafiə məsələləri üzrə ilk attaşesi təyin edilib.
“İki sahil” Ermənistan KİV-nə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Ermənistandakı səfirliyi bildirib.
"Bu tarixi addım Birləşmiş Krallıq və Ermənistan arasında tərəfdaşlığın artan möhkəmliyini əks etdirir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək", - səfirliyin bəyanatında deyilir.