Ktriç Nersisyanın (bütün ermənilərin katolikosu II Qaregin) fəaliyyəti Erməni Apostol Kilsəsinə zərər verir.
“İki sahil” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"Mən onunla dəfələrlə ünsiyyətdə olmuşam və bu görüşlərdən gəldiyim təəssüratlar onun Eçmiədzində mövcudluğunun Erməni Apostol Kilsəsinə ziyan vurması qənaətinə gəlməyimə səbəb olub. Proses başlayıb və o, oradan getməlidir", - baş nazir qeyd edib.
Onun sözlərinə görə, kilsə ətrafındakı səs-küy sağlamlaşdırıcı xarakter daşıyır.
Kiyev və Kopenhagen Danimarkada dron istehsalı üzrə birgə müəssisə yaradacaqlar
Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur
Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb