ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanı ilə dinc məqsədli nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında sazişi baxılması üçün Konqresə təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə Reuters xəbər verib.
Agentliyin məlumatına əsasən, ABŞ administrasiyası hələ də israr edir ki, razılaşmaların həyata keçirilməsi yalnız Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan Avraam sazişlərinə qoşulması şərti ilə mümkün olacaq.
İyulun 22-də ABŞ Energetika Nazirliyi Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstəyini nəzərdə tutan sazişin əldə edildiyini açıqlayıb. Bir neçə onillik üçün nəzərdə tutulan sənəd Amerika şirkətlərinin krallığın nüvə energetikasının inkişafında geniş imkanlarla iştirakına şərait yaratmalıdır.
Ertəsi gün Tramp razılaşmaların həyata keçirilməsi üçün Səudiyyə Ərəbistanının Avraam sazişlərinə qoşulmalı olduğunu bildirib. O, həmçinin sazişin nüvə materiallarının zənginləşdirilməsini nəzərdə tutmadığını vurğulayıb.
CNN-in məlumatına görə, ABŞ prezidentinin bu bəyanatı həm amerikalı danışıqlar aparan şəxslər, həm də Ər-Riyad üçün gözlənilməz olub.
Yaponiya Hörmüz boğazından yan keçən neft kəmərlərinin tikintisini dəstəkləyəcək