04 dekabr 2025 13:39
121

ABŞ-ın Ukrayna planı: DÖRD AYRI ELEMENT MÜZAKİRƏ OLUNUR

ABŞ-ın Ukraynada nizamlanma planının əks olunduğu dörd paketə Ukrayna suverenliyi, ərazilərin taleyi, iqtisadi əməkdaşlıq və Avropa təhlükəsizliyinin daha geniş aspektləri daxildir.

“İki sahil” xəbər verir ki, bu barədə "New York Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məqalədə deyilir: "Müzakirələrlə tanış olan mənbələr hazırda paralel olaraq dörd ayrı elementin müzakirə olunduğunu bildirirlər".

Xüsusilə, Ukrayna suverenliyi ilə bağlı məsələlər Ukrayna Silahlı Qüvvələrinin dinc dövrdəki gücü və raket poliqonları ilə bağlıdır. Digərləri ərazi məsələlərini, iqtisadi əməkdaşlığı və daha geniş Avropa təhlükəsizlik məsələlərini əhatə edir".

Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin "India Today" qəzetinə verdiyi müsahibədə ABŞ-ın sülh planının müddəalarını "dörd paketə" böldüyünü bildirmişdi.