3 mart 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Moldova Respublikasının energetika naziri Dorin Junqetu ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunub, bu baxımdan Cənub Qaz Dəhlizinin rolu xüsusi vurğulanıb.
Söhbət zamanı SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.