04 dekabr 2025 14:59
143

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Azərbaycan və Ermənistan normallaşma prosesi və yekun sülh müqaviləsinin bağlanması istiqamətində hərəkət edir.

“İki sahil” xəbər verir ki, bunu Norveçin xarici işlər naziri Eslen Bart Eyde Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında bildirib.

"Azərbaycan və Ermənistan irəliləmək, həll tapmaq və Vaşinqtonda əldə edilmiş razılaşmanı həyata keçirmək üçün iradə nümayiş etdirir. Biz bunu yalnız alqışlamamalı, həm də onlara dəstək verməliyik", - Norveç XİN başçısı deyib.

Onun sözlərinə görə, bu, ATƏT-in uzun illər ərzində məşğul olduğu məsələlərdən birində konstruktiv irəliləyişə nail olmaq üçün önəmlidir.