04 dekabr 2025 14:40
134

Aİ Kiyevə yardım etmək istəmir?

Avropa Komissiyanın dondurulmuş Rusiya aktivlərini müsadirə etmək barədə “cəld” təklifi Avropa İttifaqı ölkələrinin Ukraynaya milli büdcələrindən yardım ayırmaq istəklərinin zəiflədiyini göstərir.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, AK Macarıstanın tətbiq edə biləcəyi vetodan yayınmaq üçün yol axtarır və bununla yekdillik prinsipini pozmuş olur.

“Əgər məndən soruşsanız ki, biz birbaşa divara doğru gedirikmi, cavab — bəli”,  deyə,  vəziyyəti nəşrə  Avropanın yüksək vəzifəli rəsmilərindən biri belə şərh edib.

Diplomatların sözlərinə görə, belə “cəldlik” Kiyevin milli büdcələr hesabına maliyyələşdirilməsinə hazır olmağın azaldığına işarədir və alternativ həll yollarını tapmaq çətindir.