Ağdam rayonunun Əfətli kəndində ümumi sahəsi 312 m² (hər mərtəbəsi 156 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın, aynabəndin, dam örtüyünün yanar konstruksiyaları 112 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.