06 avqust 2026 18:50
119

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb

Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kəlbəcər rayon sakini Əli Süleyman oğlu Həsənovun idarə etdiyi “Nissan“ markalı avtomobil idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü yüngül xəsarət alıb, sərnişin - Salyan rayonunun Kolanı kənd sakini, 1961-ci il təvəllüdlü Aydın Əmrah oğlu Allahyarov isə ağır yaralanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.