22 noyabr 2025 11:46
41

Şair Arif Buzovnalı vəfat edib

Qəzəlxan şair Arif Buzovnalı (Əliyev Arif) vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a şairin yaxınları məlumat verib.

Qeyd edək ki, Arif Buzovnalı 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub.

O, Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub.

2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri idi.