22 noyabr 2025 10:58
69

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 7027 şəxsin məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

“İki sahil”ə verilən məlumata görə, həmin sakinlərdən artıq 7027 şəxsin məşğulluğu təmin edilib. O cümlədən 4836 nəfərin vakansiya üzrə işlə təminatı həyata keçirilib, 589 nəfər özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik ailə təsərrüfatlarını yaradıb. 1185 nəfər isə fərdi qaydada özünüməşğul şəxslərdir.

Sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 319 nəfər sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.