21 noyabr 2025 14:31
72

"Lake Hotel"in 4 işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb

"Lake Hotel"in 4 işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə cinayət işi açılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, adıçəkilən şəxslər qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.