Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ölkə üzrə bəzi informasiya sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ keçirilməsini təmin edən "infostealer" tipli zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib.
“İki sahil” xəbər verir ki, bu barədə ETX məlumat yayıb.
İlkin təhlil nəticəsində ölkə üzrə 859 kompüterin sistemi sözügedən zərərli proqram təminatına yoluxub və həmin sistemlərdən 54 924 ədəd istifadəçi adı və şifrə məlumatı ələ keçirilib.
Hazırda Xidmət məlumatların təhlili, potensial qurbanların müəyyən edilməsi, eyni zamanda mümkün təsir dərəcəsinin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində metodoloji dəstəyin göstərilməsi üzrə aktiv fəaliyyət aparır.
Əldə olunan göstəricilər operativ şəkildə emal olunaraq aidiyyəti qurumlara birbaşa təqdim ediləcək.
ETX bütün təşkilat və vətəndaşları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə, şübhəli fəaliyyət halları müşahidə edildikdə 1654 "Qaynar xətt"i və ya [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat verməyə çağırıb.
Süni intellekt bəzən həqiqi mənbələri şübhə altına ala və ya yanlış izahlar yarada bilər - PANEL SESSİYA
Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlara başlayıb - VİDEO
Vəkillər Kollegiyasının sədri işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb