Paytaxtın Səbail rayonunda talama cinayəti baş verib. Badamdar qəsəbə sakininin evindən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.
“İki sahil” xəbər verir ki, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin evdə xadimə kimi çalışan 50 yaşlı M.Abdullayeva şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda hissə-hissə evdən oğurladığı müəyyən olunub.
İdarənin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə iki vətəndaşın ümumilikdə 2470 manat nağd pul və bank kartlarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.İsmayılova da tutulub.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
Süni intellekt bəzən həqiqi mənbələri şübhə altına ala və ya yanlış izahlar yarada bilər - PANEL SESSİYA
Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlara başlayıb - VİDEO
Vəkillər Kollegiyasının sədri işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb