21 noyabr 2025 13:15
75

Medianın inkişaf etdirilməsi əməkdaşlıq baxımından vacib bir məsələdir - Afida Kamaludin

Tədbirimiz dinamik inkişaf edən tarixi Bakı şəhərində keçirilir. Bu gün mədəniyyət, tarix və digər məsələlərdən danışarkən qeyd etməliyəm ki, əlaqələrimizin möhkəmlənməsində media ortaq dəyərlərimizi birləşdirən mühüm vasitədir. Medianın inkişafı isə həm birlik, həm də əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bu sözləri Malayziya Milli Xəbər Agentliyinin (BERNAMA) Baş direktoru Nur-ul Afida Kamaludin D-8 Media Forumunun açılış mərasimində deyib.

“Bizim üçün etik davranış olduqca vacibdir və bu, medianı formalaşdıran amillərdən biridir. Malayziya Hökuməti Feyk məlumatlarla mübarizə strategiyası hazırlayıb. Dezinformasiyanın, feyk xəbərlərlərin müəyyən edilməsi üçün bizim Hökumət tərəfindən müvafiq lüğət də tərtib olunub”, - deyə BERNAMA-nın Baş direktoru diqqətə çatdırıb.