26 oktyabr 2025 13:04
108

Tramp: Müharibələri dayandırmağı sevirəm

ABŞ Prezidenti Donald Tramp müharibələri dayandırmağı sevdiyini deyib, amma bildirib ki, bunu hobbi adlandırmazdı.

“İki sahil” xəbər verir ki, o, bu açıqlamanı Kuala-Lumpurda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində Tailand və Kambocanın münasibətləri haqqında birgə bəyannamənin imzaladığı vaxt verib.

"Tailand və Kamboca liderlərinə zəng etdiyim günü heç vaxt unutmayacağam, çünki bu, həllinə kömək etdiyim ilk müharibələrdən biri idi. Mən bunu etməkdən zövq aldım. Bunu hobbi adlandırmazdım, çünki bu, hobbidən daha ciddidir, amma mən bu işi yaxşı görürəm və bunu etməyi sevirəm", - o qeyd edib.

"BMT bunu etməlidir, amma etmir", - o, BMT Baş Assambleyasındakı çıxışı zamanı teleprompterin söndüyünü və eskalatorda da problemlərin olduğunu xatırladaraq əlavə edib.