20 oktyabr 2025 11:46
293

Qubada Energetiklərin "Energetiklər günü" peşə bayramı qeyd olunub 

Oktyabrın 20-si Azərbaycanda Energetiklər günüdür. Bu peşə bayramı ölkənin iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə energetika sahəsi işçilərinin şərəfinə təsis edilib. Bayramın təsis edilməsi 1981-ci il oktyabrın 20-də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə bağlıdır. 

 "İki sahil"in Şimal bürosu bildirir ki, tədbirdə iştirak edən Quba Rayon İcra Hakimiyyəti Başçısının müavinləri Tariyel İbrahimov, Şahin İsrafilov, "Azərişıq" ASC Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin Quba Elektrik Şəbəkəsinin rəisi Xətai Məmmədov, Enerji Satışı Şöbəsinin rəisi Səbuhi Sətdərov və Quba Elektrik Şəbəkəsinin kollektivi Quba şəhərində adını daşıdığı parkda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək,  abidəsinin önünə gül dəstələri qoyublar.

Daha sonra Quba Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri Quba Elektrik Şəbəkəsinin kollektivi ilə həmsöhbət olub, onların Peşə bayramını təbrik edərək, gələcək həyatda və işlərində uğurlar arzulayıblar. 

Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosundan