20 oktyabr 2025 14:25
92

İdxal rüsumları ABŞ-da kofenin qiymətlərini artırıb

Donald Tramp administrasiyasının onlarla ölkədən mallara idxal rüsumları tətbiq etməsi ABŞ-da kofenin qiymətinin kəskin artmasına səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ Milli Kofe Assosiasiyasının məlumatına görə, bu ölkə daxili kofe tələbatının demək olar ki, hamısını idxal hesabına ödəyir.

Əsas mənbələr Braziliya, Kolumbiya və Vyetnamdır. İyul ayında hər üç ölkə Trampın mallarına idxal rüsumlarını artırdığı ölkələrin siyahısına əlavə edilib.

Kolumbiya 10%, Vyetnama 20%, Braziliya 50% əlavə rüsumla cəzalandırılıb. ABŞ-da kofe tədarükünün 30,7%-i Braziliya, 18,3%-i Kolumbiya, 6,6%-i Vyetnamın payına düşür.

Tramp administrasiyasının tədbirləri nəticəsində ölkədə pərakəndə kofenin qiymətləri avqust ayında keçən illə müqayisədə təxminən 21% bahalaşıb. ABŞ-da kofe qiymətlərində belə kəskin artım 1997-ci ildən bəri müşahidə olunmayıb. 2024-cü ilin avqustu ilə müqayisədə kafelərdə qiymətlər 0,10 dollar bahalaşıb. Hazırda ölkə üzrə bir fincan kofenin orta qiyməti 3,52 dollardır, ən bahalısı Vaşinqtonda 4,21 dollardır.