Yaxın günlərdə hökümətin fəaliyyəti ilə bağlı razılıq əldə olunmazsa, Ağ Ev demokratlara qarşı sərt tədbirlər görməyi düşünür.
“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett deyib.
"Əgər belə olmasa, Ağ Ev ABŞ-ın İdarəetmə və Büdcə Ofisinin direktoru Russ Vot ilə birlikdə onları danışıqlar masasına oturtmaq üçün görülə biləcək daha sərt tədbirləri çox diqqətlə nəzərdən keçirməli olacaq", - deyə, o, qeyd edib.
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini yenidən rədd edib.