20 oktyabr 2025 18:11
128

Kreml: Rusiya Trampın sülh planı ilə bağlı mövqeyini dəyişməz saxlayır

Kreml bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna qoşunlarının mövcud təmas xətti üzrə hərbi əməliyyatları dayandıraraq danışıqlara başlanmasını nəzərdə tutan sülh planı ilə bağlı Moskvanın mövqeyi dəyişməz olaraq qalır.

“İki sahil” xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bu mövzunun dəfələrlə Rusiya–ABŞ təmaslarında müzakirə edildiyini vurğulayıb.

Kreml rəsmisi, həmçinin Ukraynada vəziyyətin tənzimlənməsi ilə bağlı Macarıstanda planlaşdırılan Rusiya–ABŞ sammitinin formatına dair hələlik müfəssəl məlumatın olmadığını bildirib.

“Hələlik heç bir detala malik deyilik, anlayışım yoxdur. Xarici siyasət qurumlarının xətti ilə, yəni, bizim Xarici İşlər Nazirliyimiz və Dövlət Departamenti səviyyəsində hələ çox iş görülməlidir. Onların işi irəli sürülən məsələlərə cavab verməyə yönəldiləcək”, – deyə Peskov qeyd edib.