20 oktyabr 2025 14:20
102

Putin Trampın Ukrayna ilə bağlı fikrini dəyişib?

ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə telefon danışığından sonra Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişib.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Rusiya prezidenti ilə bu söhbət Amerika liderini tezliklə Vladimir Zelenskiyə hazırkı cəbhə xəttində münaqişəyə son qoymağın vacibliyini söyləməyə vadar edib.

Bir neçə gün əvvəl Ukraynaya “Tomaqavk” raketlərinin tədarükü müzakirə edilmişdi, lakin “bir telefon zəngi ilə Putin yenidən prezident Trampın Ukrayna ilə bağlı fikrini dəyişdi” – və ərazi güzəştləri mövzusu artıq gündəmə gətirilib.

Reuters xəbər verir ki, oktyabrın 17-də Ağ Evdə keçirilən görüşdə Donald Tramp Vladimir Putinlə təkcə Ukrayna üçün deyil, həm də Rusiya üçün təhlükəsizlik təminatlarından danışıb.