26 oktyabr 2025 17:26
110

Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib

Qırğızıstan KGST (rəqəmsal som) milli "stablecoin"ini buraxacaq və dövlət sektorunda Mərkəzi Bankın rəqəmsal valyutasını (MBRV) tətbiq edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Binance" kriptobirjasının həmtəsisçisi və keçmiş baş direktoru Çanpen Çjao "X" sosial şəbəkə hesabında məlumat verib.

Bildirilir ki, KGST milli valyutaya - Qırğızıstan somuna 1:1 nisbətində təmin ediləcək. Bu aktiv artıq Dövlət Rəqəmsal Aktivlər Reyestrində qeydiyyata alınıb.

Eyni zamanda, rəqəmsal som kimi tanınan kriptovalyuta hüquqi cəhətdən qəbul edilib. Yaxın gələcəkdə dövlət ödənişlərini həyata keçirmək üçün sınaqdan keçiriləcəyi gözlənilir.