26 oktyabr 2025 19:39
115

Slovakiya Aİ-nin Ukraynadakı münaqişəni maliyyələşdirmək sxemlərində iştirak etməyəcək

Slovakiya Aİ-nin Ukraynadakı münaqişəni maliyyələşdirmək sxemlərində iştirak etməyəcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fiko bildirib.

Baş nazir bəyan edib ki, Avropa İttifaqı yaxın illərdə Kiyevə 140 milyard avro ayırmağı planlaşdırır. “Hökumət başçısı kimi mən Slovakiyanın Ukraynaya müharibənin və hərbi xərclərin öhdəsindən gəlməsinə kömək etmək məqsədi daşıyan hər hansı maliyyə sxemində iştirakını rədd edirəm”, - deyə Fiko jurnalistlərlə görüşündə deyib.

Slovakiya hökumətinin başçısı vurğulayıb ki, sentyabr ayından bəri ukraynalı qaçqınların Avropaya axını xeyli artıb. Onun sözlərinə görə, bunlar 18-22 yaş arası ukraynalılardır. Ukrayna hökuməti avqustun sonunda onların ölkədən çıxışına qoyulan qadağanı ləğv edib. "Biz indi bu yaşda olan gənclərin böyük axınının şahidi oluruq", - deyə Robert Fiko qeyd edib.