Çinin Baş nazirinin müavini He Lifen Malayziyada ABŞ nümayəndə heyəti ilə danışıqlar zamanı Birləşmiş Ştatların maliyyə naziri Skott Bessentə və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrirə ikitərəfli ticarəti inkişafı üçün münasibətləri yüksəltməyi təklif edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
He Lifen vurğulayıb ki, Çin-ABŞ ticarət-iqtisadi məsləhətləşmələrinin nəticələri çox çətinliklə əldə edilib və onları qorumaq üçün birlikdə çalışmaq lazımdır: "Ümid edirik ki, ABŞ Çinlə əlaqə saxlayacaq, qarşılıqlı etimadı möhkəmləndirməyə, fikir ayrılıqlarını həll etməyə, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və ikitərəfli ticarət-iqtisadi münasibətləri daha da yüksək səviyyəyə qaldırmağa davam edəcək".
Onun sözlərinə görə, bu münasibətlərin mahiyyəti qarşılıqlı fayda və əməkdaşlıqdadır və bu istiqamətdə sabit irəliləyiş hər iki ölkənin əsas maraqlarına, eləcə də beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur. O, həmçinin qarşıdurmanın həm Pekinə, həm də Vaşinqtona zərər verəcəyini iddia edib.
Slovakiya Aİ-nin Ukraynadakı münaqişəni maliyyələşdirmək sxemlərində iştirak etməyəcək
Putin orduda "Burevestnik" raketi üçün infrastrukturun hazırlanmasını tapşırıb