15 iyun 2025 18:55
115

Rusiyanın İstintaq Komitəsi Ukrayna PUA-larının Tatarıstana hücumunu terror aktı kimi qiymətləndirir

"Bu gün Ukraynaya məxsus PUA-nın Tatarıstan Respublikasının Yelabuqa rayonunda yerləşən sənaye sahəsinə hücumu nəticəsində 1 nəfər ölüb. Ümumilikdə 13 nəfər yaralanıb. Bu faktla bağlı Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin müstəntiqləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 20-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi açıb. (terror aktı)”.

İki sahil” TASS istinadla xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

Əlavə edilib ki, hadisə yerində müstəntiqlər və məhkəmə-tibb ekspertləri işləyir. İstintaq çərçivəsində hadisənin bütün şəraiti, PUA-nın növü və dəymiş ziyanın məbləği müəyyən ediləcək. İştirak edən bütün şəxslərin əməllərinə də hüquqi qiymət veriləcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”