Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefonla danışıb.
“İki sahil”in “TRT Haber”ə istinadla verdiyi məlumata görə, tərəflər İsrail və İran arasındakı münaqişəni müzakirə ediblər.
Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, görüşdə münaqişənin tez bir zamanda sona çatması üçün diplomatik səylərin artırılmasının və nüvə danışıqlarının təxirə salınmadan bərpa olunmasının vacibliyi bildirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”