15 iyun 2025 11:34
117

İran nüvə silahına malik olmayacağına zəmanət verən sazişi bağlamağa hazırdır

İsrailin hücumu İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqları pozmaq məqsədi daşıyır.

“İki sahil” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tehran ABŞ-nin bu hücumu dəstəkləməsindən təəssüflənir. Vurğulanıb ki, İran nüvə silahına malik olmayacağına zəmanət verən sazişi bağlamağa hazırdır.