12 iyun 2025 21:59
159

Hindistanda təyyarə qəzasında ölənlərin sayı “DNT” analizlərindən sonra açıqlanacaq

“Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğradığı ərazidən cəsədlərin çıxarılması demək olar ki, başa çatıb”.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hindistanın daxili işlər naziri Amit Şah deyib.

Şah qeyd edib ki, hazırda ölənlərin ailə üzvlərindən “DNT” nümunələri toplanır. “Minə yaxın DNT testi aparılacaq. Ölənlərin sayı DNT analizlərindən sonra açıqlanacaq”.

O, qəzaya uğrayan təyyarənin göyərtəsində bir nəfərin sağ qaldığını təsdiqləyib: “Təyyarədə 230 sərnişin və 12 ekipaj üzvü olub. Bir nəfərin sağ qalması ilə bağlı yaxşı xəbər var”.