13 iyun 2025 17:09
165

Bu səhər neftin qiyməti 66 dollardan 74 dollara qalxdı - Vuçiç

İsrail və İran arasında münaqişə fonunda ilk növbədə neftin qiymətinin artması ilə bağlı böyük narahatlıq var.

“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Aleksandar Vuçiç deyib ki, bu, bütün dünyada əlavə iqtisadi və siyasi qeyri-sabitliyə səbəb olacaq.

“Bu səhər neftin qiyməti 66 dollardan 74 dollara qalxdı. Qiymətin aşağı düşəcəyini və hər şeyin asan, gözəl və rəvan olacağını düşünəndə belə bir şey baş verir və neftin qiyməti yüksəlir. Bütün bunların tez bir zamanda bitəcəyinə ümidvaram. Allaha dua edirəm ki, belə olsun. Çünki bu gün Ukraynadakı vəziyyət belə davam edərsə qorxuram ki, biz nəinki ümid etdiyimiz sülhə və problemlərin həllinə daha yaxın olaq, əksinə bütün dünya üçün mümkün olan ən pis ssenariyə yaxınlaşaq. Hazırda hər yerdə İsrail ilə İran arasındakı münaqişədən danışılır”, - deyə Aleksandar Vuçiç vurğulayıb.