12 iyun 2025 23:26
156

Rusiya Ukraynanın itkilərini açıqladı - 1205-ci gün

Rusiya müharibənin 1205-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 63 105 PUA-sı, 611 zenit-raket kompleksi, 23 874 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 088 artilleriya və minaatanı, 36 763 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.