11 iyun 2025 14:34
183

Minlərlə miqrantı gizli şəkildə QUANTANAMOYA GÖNDƏRİLƏCƏK?

ABŞ lideri Donald Trampın administrasiyası minlərlə qanunsuz miqrantı gizli şəkildə Quantanamo həbsxanasına köçürmək niyyətindədir.

“İki sahil” xəbər verir ki,  bu barədə "The Washington Post" məlumat yayıb.

"Tramp administrasiyası ABŞ-da qeyri-qanuni olan minlərlə əcnəbini Kubanın Quantanamodakı ABŞ hərbi bazasına köçürməyə hazırlaşır", - deyə, nəşr yazır.

Nəşrin məlumatına görə, onların arasında bir çox ölkələrin, o cümlədən Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları var.

Amerika hökumətindəki mənbələr bildiriblər ki, Vaşinqton çox güman ki, sözügedən ölkələrin, hətta Birləşmiş Ştatlarla yaxından əməkdaşlıq edən ölkələrin hökumətlərini xəbərdar etməyəcək.