11 iyun 2025 00:14
143

Çində ultra-dərinlikli qazma işlərinə başlanılıb

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur muxtar bölgəsində yerləşən Təklə-məkan səhrasında yeni ultra-dərinlikli neft və qaz quyuları qrupu üçün qazma işlərinə başlanılıb. Bu layihə Çinin ən böyük ultra dərin xam neft hasilatı bazasını inkişaf etdirməkdə irəliləyiş olduğunu göstərir.

Quyulardan birinin- “Manşen 72-H6” quyusunun 8735 metr dərinliyə çatması planlaşdırılır. Hazırda qazma işləri uğurla davam etdirilir.

Təklə-məkan səhrasının mərkəzi zəngin neft və qaz ehtiyatlarına malikdir. Lakin onların hamısı yerin 7000-8000 metr dərinliyində yerləşir, istismar etmək çox çətindir.

Yeni quyuların qazılması bu ehtiyatlardan istifadəni asanlaşdıracaq.

Nubar Süleymanova, “İki sahil”