10 iyun 2025 09:57
116

Si Cinpin: Çin və Cənubi Koreya azad ticarəti birgə qorumalıdırlar

Çin və Cənubi Koreya birgə strateji etimadı gücləndirməli, azad ticarəti qorumalı və qlobal təchizat zəncirlərinin fasiləsiz işləməsini təmin etməlidir.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Koreya Respublikasının Prezidenti Li Çje Myon ilə telefon danışığı zamanı bildirib.

"Bütün səviyyələrdə və bütün sahələrdə mübadilələri gücləndirmək, strateji etimadı dərinləşdirmək, ikitərəfli əməkdaşlığı sıx əlaqələndirmək, çoxtərəfliliyi və azad ticarəti birgə müdafiə etmək, qlobal və regional istehsal təchizat zəncirlərinin sabitliyini, eləcə də fasiləsizliyini təmin etmək lazımdır", - Çin Lideri bildirib.

Si Cinpin, həmçinin humanitar mübadilələrin gücləndirilməsinin, iki ölkənin əsas maraqlarına hörmət edilməsinin, eləcə də strateji tərəfdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb.