Nigeriyanın Sokoto əyalətində partlayış baş verib.
“İki sahil”in xarici mətbuata istinadla məlumatına görə, hadisə nəticəsində 6 nəfər həlak olub.
Sokoto polisinin sözçüsü Əhməd Rufainin yaydığı məlumata görə, əyalətin Qvabro kəndində əldəqayırma partlayıcı qurğunun səbəb olduğu güman edilən partlayışın baş verdiyini bildirib.
Rufai qeyd edib ki, partlayış nəticəsində 6 nəfər həlak olub, çoxlu sayda yaralı var.
Rufai hadisə ilə bağlı araşdırmanın davam etdiyini vurğulasa da, partlayışla bağlı hər hansı təfərrüat verməyib.
Xatırladaq ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.
Lakurava yanvar ayında ölkə administrasiyası tərəfindən terror qruplaşması elan edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”