ABŞ və Çin nümayəndə heyətləri iyunun 10-da Böyük Britaniyanın paytaxtında ticarət danışıqlarını davam etdirəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, müzakirələr iyunun 9-da altı saatdan çox olub və iyunun 10-da yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00) davam etdiriləcək.
Agentlik qeyd edib ki, ABŞ-ın maliyyə naziri Skott Bessent iyunun 9-da keçirilən görüşü “yaxşı” adlandırıb, ticarət naziri Hovard Lutnik isə müzakirələrin “məhsuldar” olduğunu bildirib.
Xatırladaq ki, Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-11-də Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb.