12 may 2025 14:29
92

Türkiyənin Amasya vilayətində iki zəlzələ olub

Mayın 12-də Türkiyənin Amasya vilayətində 4,2 və 4,4 maqnitudalı iki zəlzələ olub.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər veri ki, yerli vaxtla saat 12.23 və 12.26-da qeydə alınmış yeraltı təkanların episentri Gümüşhacıköy rayonunda yerləşib.

Zəlzələ ocağı təxminən 10 kilometr dərinlikdə olub.