Beynəlxalq Şahmat Federasiyası (FİDE) Əfqanıstan hakimiyyətinin ölkədə şahmatın qadağan edilməsi qərarından sonra onlarla məsləhətləşmələr aparacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" FİDE prezidenti Arkadi Dvorkoviçə istinadla məlumat yayıb.
Qeyd edək ki, bu qadağa mayın 11-dən qeyri-müəyyən müddətə tətbiq edilib.
Qadağa qərarı “dini səbəblərə görə” qəbul edilib. Əfqanıstanın İdman Nazirliyi bildirib ki, “dini suallara cavab verilənə qədər” bu idman növü qadağan olunacaq və hələlik onunla bağlı heç bir tədbir keçirilməyəcək.
Əfqanıstan Şahmat Federasiyası da ləğv edilib. Yerli "Khaama Press" portalı yazır ki, bundan bir neçə gün əvvəl bir neçə şahmatçı və həvəskar İdman Nazirliyindən maddi dəstək istəyib.
"Biz orada şahmat həyatını bərpa etmək üçün məsləhətləşmələr aparacağıq", - deyə Dvorkoviç bildirib.