12 may 2025 20:47
106

Tramp Yaxın Şərqə səfərə yola düşüb

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə səfərə yola düşüb.

“İki sahil” xəbər verir ki, səfər Səudiyyə Ərəbistanından başlayır. Daha sonra Tramp Qətər və Birləşmiş Ərəb Əmirliklərinə gedəcək. 4 günlük səfər zamanı İranın nüvə proqramı, Qəzzadakı humanitar böhran, İsrail ilə Həmas arasında müharibə, Suriya məsələsi ilə yanaşı bu ölkələrlə biznesin inkişafı və ticarət razılaşmalarına diqqət yetiriləcəyi gözlənilir.

Bu, Trampın aprel ayında Roma Papası Fransiskin dəfnində iştirak etdikdən sonra prezident kimi ikinci xarici səfəridir.