12 may 2025 16:14
91

Şoyqunun hərbi xidmətlə bağlı müqaviləsi 2030-cu ilə qədər uzadılıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə hərbi xidmətlə bağlı müqavilə 2030-cu ilə qədər uzadılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə RİA Novosti öz mənbələrinə istinadla məlumat yayıb.

“Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Sergey Şoyqu ilə hərbi xidmət müqaviləsi daha 5 il, 2030-cu ilə qədər uzadılıb”, - agentliyin mənbəsi bildirib.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti bu məlumatı RİA Novosti-yə təsdiqləyib.