11 may 2025 12:31
203

5 ulduzlu oteldən çimərliyə tunel: Qayalığı dəlib keçdilər

Antalyada 5 ulduzlu bir otel, qoruma altına alınmış və dünyada məşhur olan falezlərin (dik sahil qayalıqlarının) altından, istirahət edənlərin dənizə enməsi üçün 125 metr uzunluğunda tunel çəkib. Turistlərin çimərliyə getmək üçün istifadə etdiyi bu tunel, onların paylaşdığı fotolar sayəsində aşkara olub.

Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Komitəsinin layihəsinə zidd olaraq, otelin avtodayanacaq hissəsindən dəniz sahilinə qədər 125 metr uzunluğunda bir tunel inşa edib. Tunel 2014-cü ildə müəyyən edilib və giriş-çıxışlar möhürlənib, məsələ ilə bağlı prokurorluğa şikayət ərizəsi təqdim olunub. 2024-cü ilin oktyabr ayında Sayıştay tərəfindən aparılan yoxlama zamanı da obyektə tikintini dayandırma aktı tərtib olunub. Lakin otel rəhbərliyi tunelin otelin inşası zamanı meydana çıxdığını, onların heç bir qanunsuz iş görmədiyini bildirərək istifadəni davam etdirib. Hətta tunelin görüntülərindən reklam materiallarında da istifadə olunub.

Akdeniz Universitetinin İnşaat mühəndisliyi fakültəsinin Geotexnika kafedrasının müdiri professor  Nihat Dipova bildirib ki, sözügedən tunel otel müştəriləri tərəfindən mobil telefonla görüntülənib: “Əlbəttə, bu tunel yeni deyil. Təxminən 15–20 il əvvəl inşa edilib. Amma istər yeni olsun, istərsə də köhnə — təbiətə vurulan zərər çox acıdır. Turizm belə olmamalıdır. Daha həssas yanaşmaq lazımdır.”

Orxan Vahidoğlu, "İki sahil"