20 iyun 2026 22:10
129

Ağstafaya iri həcmli dolu düşüb

Ağstafa rayonuna iri həcmli dolu düşüb.

Dolu rayonun Aşağı Göycəli kəndinə yağıb.

Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib.

Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrinə ziyan vurub.

"Report"