20 iyun 2026 20:10
106

Şahbuzda quru otluq sahədə baş vermiş yanğın söndürülüb

Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində 100 m² quru otluq sahədə yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib. 600 m² quru otluq sahə yanğından mühafizə olunub.